Şimali makedoniyalı həndbolçu: “Bakıdakı matça yaxşı konsentrasiya ola bildik”

Müsahibə
4 Aprel 2024 16:57
Şimali makedoniyalı həndbolçu: “Bakıdakı matça yaxşı konsentrasiya ola bildik”

“Azərbaycanla oyuna hazırlıq keçmək üçün vaxtımız çox olmayıb. Amma buna baxmayaraq xallar qazana bildik”.

İdman.biz xəbər verir ki, Şimali Makedoniya milisinin həndbolçusu Yovana Kiprianovskaya deyib.

22 yaşlı sağ cinah oyunçusu AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla Bakıdakı matçı barədə fikirlərini açıqlayıb: “Bakıdakı matça yaxşı konsentrasiya ola bildik. Ola bilər ki, görüşün əvvəlində problemlərimiz oldu. Lakin oyuna nəzarəti ələ aldıq. Bu qələbəyə çox şadam. Çünki bu qalibiyyət bizi Avropa çempionatına daşıdı. Bu, ölkəmiz, komandamız və mənim üçün böyük nailiyyətdir. Addım-addım irəliləyirik. Ümid edirəm ki, final mərhələsinə qədər daha da artıracağıq”.

Qeyd edək ki, Bakıda 37:22 hesablı qələbə qazanan makedoniyalılar qrupda 2-ci yeri və AVRO-2024-ə vəsiqəni təmin ediblər.

İdman.biz

Məqalədə: