Avropa Liqasının 1/4 finalında azərbaycanlı hakimlər

Xəbərlər
23 Mart 2024 19:09
Avropa Liqasının 1/4 finalında azərbaycanlı hakimlər

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz turnirin 1/4 final mərhələsində qadın həndbolçular arasında keçiriləcək matçda ədaləti qoruyacaqlar.

Onlar Rumıniyanın “Dunarea Braila” və Xovatiyanın “Podravka Vegeta” komandaları arasında keçiriləcək cavab görüşünü idarə edəcəklər.

Qeyd edək ki, qarşılaşma martın 24-də Buzeu şəhərindəki “Romeo Yamandi” zalında təşkil olunacaq.

İdman.biz