Həndbolçular Göygöldə güclünü müəyyənləşdirəcək

Xəbərlər
20 Mart 2024 23:37
Həndbolçular Göygöldə güclünü müəyyənləşdirəcək

Martın 21-də Göygöl Olimpiya İdman Kompleksində 16 yaşadək həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start veriləcək.

İdman.biz xəbər verir ki, qalib komanda final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Zona yarışında Gəncə, Mingəçevir, Göygöl, Qazax və Şirvanı təmsil edən komandalar qələbə uğrunda mübarizə aparacaqlar. Martın 22-dək davam edəcək birincilik Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

İdman.biz