İslam Həmrəyliyi Oyunlarının qalibi Azərbaycan klubunun yeni baş məşqçisi olub

Xəbərlər
30 Dekabr 2025 17:45
70
İslam Həmrəyliyi Oyunlarının qalibi Azərbaycan klubunun yeni baş məşqçisi olub

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının yeni baş məşqçisi müəyyənləşib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, kollektiv Yekaterina Peçeyə tapşırılıb. Onunla bağlanacaq müqavilənin detalları açıqlanmayıb.

Yekaterina Peçe 2017-ci ildə Azərbaycan millisinin heyətində Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, vaxtilə “Qarabağ” və Mingəçevirin “Nur” klublarında da çıxış edib.

Yığmanın sabiq üzvü bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.

İdman.Biz