Həndbol üzrə Azərbaycan çempionatında I turun oyunları keçirildi

Xəbərlər
9 Noyabr 2025 21:45
34
Həndbol üzrə Azərbaycan çempionatında I turun oyunları keçirildi

Həndbol üzrə Azərbaycan çempionatında I turun növbəti görüşləri baş tutub.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Dinamo” kollektivi “Təhsil” üzərində 33:30 hesabı ilə qələbə qazanıb.

Qadınlar arasında keçirilən görüşdə isə “İdman Akademiyası” komandası “Bakı” klubuna 44:30 hesabı ilə qalib gəlib.

Hər iki qarşılaşma “AHF Arena” idman kompleksində təşkil olunub.

İdman.Biz