Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

Xəbərlər
23 Oktyabr 2025 19:53
43
Azərbaycan həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir.

İdman.Biz Azərbaycan Həndbol Federasiyasına istinadən bildirir ki, yığma bu məqsədlə Mingəçevirə yollanaraq “Kür” Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.

15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.

Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.

İdman.Biz