Avropa Həndbol Kuboku: “Kür” cavab oyununda Macarıstan klubuna uduzub - FOTO

Xəbərlər
19 Oktyabr 2025 20:17
56
Avropa Həndbol Kuboku: “Kür” cavab oyununda Macarıstan klubuna uduzub - FOTO

Bu gün Azərbaycan təmsilçisi “Kür” kişilər arasında Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.

İdman.Biz xəbər verir ki, paytaxt klubu öz meydanında Macarıstanın “Balatonfyured” komandasını qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 20:39 (11:20).

Qeyd edək ki, Macarıstanda keçirilən ilk oyunda da “Kür” məğlub olub - 19:42.

İdman.Biz