Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması daha bir medal qazanıb.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gimnastika üzrə qrup hərəkətləri komandası 3 top və 2 halqa ilə çıxış zamanı ikinci olub.
23,950 bal toplayan Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət yığmamız qalib Ukraynadan (24.100) azacıq geri qalıb. Fəxri kürsünün 3-cü pilləsində Tayvan (23.000) yer alıb.
Nəticədə gimnastika üzrə qrup hərəkətləri komandası Universiadanı 3 medalla başa vurub. Gimnastlarımız çoxnövçülükdə və lentlə çıxışda qızıl medala layiq görülüblər.
***
18:03
Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması aktivinə ikinci qızıl medalı yazdırıb.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gimnastika üzrə qrup hərəkətləri komandası beş lentlə çıxışda birinci yeri tutub.
Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət komandamız 22.850 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ukrayna gümüş, Koreya isə bürünc medala sahib olub.
Bu gün komandamız daha bir finalda qüvvəsinin sınayacaq. Ginmastlarımız 3 top və 2 halqa ilə çıxış edəcəklər.
Qeyd edək ki, qrup hərəkətləri komandamız dünən çoxnövçülükdə qızıl medal qazanıb.
İdman.biz