Qrup hərəkətləri komandası mükafatlandırılıb - VİDEO

Xəbərlər
18 İyul 2025 22:39
51
Qrup hərəkətləri komandası mükafatlandırılıb - VİDEO

Almaniyanın Reyn-Ruhr regionunda 32-ci Ümumdünya Yay Universiadasının qızıl medal qazanan gimnastika üzrə qrup hərəkətləri komandası mükafatlandırılıb.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, təmsilçilərimizə qızıl medallar təqdim olunub.

Gimnastlarımız çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Universiadanın qaydalarına görə, mükafatlandırma zamanı ölkələrin himni səsləndirilmir.

Qeyd edək ki, Azərbaycan yığması yarışda ilk medalını qazanıb. Qrup hərəkətləri komandası sabah daha iki finalda mübarizə aparacaq.

İdman.biz