Azərbaycan duetu "Dünya kuboku seriyasının qalibi" adına layiq görülüb

Xəbərlər
18 İyul 2025 19:29
36
Azərbaycan duetu "Dünya kuboku seriyasının qalibi" adına layiq görülüb

Akrobatika gimnastikası üzrə Murad Rəfiyev-Daniel Abbasov cütü böyük uğura imza atıb.

İdman.biz xəbər verir ki, Azərbaycan duetu Beynəlxalq Gimnastika Federasiyası tərəfindən "Dünya kuboku seriyasının qalibi" adına layiq görülüb.

Təmsilçilərimiz bu mövsümdə Purs, Burqas, Bakı və Jeşuvda keçirilən dünya kuboku yarışlarında yüksək nəticələr əldə ediblər.

İdman.biz