Azərbaycan gimnastı dünya çempionatında medalın bir addımlığında qalıb

Xəbərlər
23 İyun 2025 09:45
78
Azərbaycan gimnastı dünya çempionatında medalın bir addımlığında qalıb

Azərbaycan millisinin idmançısı Fidan Qurbanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında dördüncü yeri tutub.

İdman.biz xəbər verir ki, o, gürzlərlə final mərhələsində medalın bir addımlığında qalıb.

Fidanın bürünc medal qazanmaq imkanı olub. Misirli Farida Bahnas və polşalı Kseniya Ziziç ikinci yeri bölüşdüyündən məntiqlə Azərbaycan gimnastı ilk "üçlüy"ə düşə bilərdi. Lakin bürünc mükafatçının yeri boş qalıb.

Digər gimnastımız Azadə Atakişiyeva halqa ilə finalda çıxış edərək səkkizinci yeri tutub.

İdman.biz