Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

Xəbərlər
23 İyun 2025 15:27
72
Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

Polşanın Rzeşov şəhərində keçiriləcək akrobatika üzrə Dünya kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yarışda Milana Əliyeva - Sabir Ağayev, Murad Rəfiyev - Daniel Abbasov dueti, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Al-Meşaixi və Nəzrin Zeyniyeva, Anahitə Bəşirli, Zöhrə Rəşidlidən ibarət qrup çıxış edəcək.

İyunun 27-də start götürəcək turnir 3 gün davam edəcək.

Qeyd edək ki, iki həftə əvvəl Bakıda keçirilən Dünya kuboku mərhələsində komanda iki qızıl və bir gümüş medal qazanıb.

İdman.biz