Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün qrup hərəkətləri komandaları arasında çoxnövçülük yarışı keçiriləcək.
Nəzrin Abdullayeva, Röya Əlikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlıdan ibarət Azərbaycan komandası beş halqa və beş cüt gürzlə hərəkətlər nümayiş etdirəcək.
Sofiyada ümumilikdə 37 qrup çıxış edəcək.
Qeyd edək ki, fərdi yarışlarda gimnastlarımız iki finala yüksəliblər. Fidan Qurbanlı gürzlə, Azadə Atakişiyeva isə halqa ilə çıxışda ilk "8-liy"ə düşüb.
İdman.biz