Akrobatika üzrə Avropa çempionatı - daha bir gümüş və bürünc - FOTO

Xəbərlər
20 Aprel 2025 17:37
283
Akrobatika üzrə Avropa çempionatı - daha bir gümüş və bürünc - FOTO

Azərbaycan akrobatları Lüksemburqda keçirilən Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

İdman.biz xəbər verir ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq hərəkətlər proqramında 84,600 xalla gümüş medal qazanıb.

Safiya Babayeva, Diana Məmmədova və Firuzə Qasımzadədən ibarət qadın qrupu isə qarışıq hərəkətlərdə bürünc medala sahib çıxıb.