Azərbaycanın qrup komandası "AGF Trophy"də gümüş medal qazanıb

Xəbərlər
30 Mart 2025 13:10
74
Azərbaycanın qrup komandası "AGF Trophy"də gümüş medal qazanıb

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” turnirində qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, beş halqa ilə finalda idmançılarımız 23.000 xal qazanaraq fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Macarlar qızıl, gürcülər isə bürünc medal qazanıblar.

Qrup komandası həmçinin daha bir finalda - beş gürzlə hərəkətlərdə mübarizə aparacaq.

Qeyd edək ki, bundan əvvəl yeniyetmələrin yarışında Şəms Ağahüseynova topla hərəkətdə bürünc medal qazanmışdı.

İdman.biz