Azərbaycanın idman gimnastı: "Dünya Kuboku mənim üçün çox dəyərli tituldur"

Xəbərlər
30 Aprel 2025 16:32
193
Azərbaycanın idman gimnastı: "Dünya Kuboku mənim üçün çox dəyərli tituldur"

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokuna sahib çıxdığı üçün çox xoşbəxt və bunun onun üçün çox dəyərli titul olduğunu deyib.

İdman.biz xəbər verir ki, 28 yaşlı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O, Dünya Kuboku seriyasının qalibi olmaq üçün əzmkarlıqla çalışdığını vurğulayıb:

"5 yarışda 5 medal əldə etdim. Düşünürəm ki, çıxışlarımdakı peşəkarlıq göz önündədir. İlk növbədə Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstəyə, bizə bu şansı verdiyinə, şərait yaratdığına görə təşəkkür edirəm. Azərbaycan Gimnastika Federasiyası, o cümlədən məşqçilər heyəti, tibb işçiləri və idman gimnastikasını dəstəkləyən, izləyən hər kəsə "çox sağ olun" deyirəm".

Simonov qarşıdakı planlarından da söz açıb: "Ötənilki Avropa çempionatındakı nəticəni yaxşılaşdırmaq istəyirəm. Dünya çempionatında və İslam Həmrəylik Oyunlarında yüksək nəticə ilə çıxış etmək əsas məqsədlərdəndir".

Qeyd edək ki, Bakı mərhələsinin qalibi olan N.Simonov Kottbus, Osiyek, Antalya və Qahirədə ikinci yeri tutub.

İdman.biz