Bakıdakı Avropa kubokunun iştirakçıları podium məşqlərinə başlayıblar

Xəbərlər
30 Aprel 2025 13:25
167
Bakıdakı Avropa kubokunun iştirakçıları podium məşqlərinə başlayıblar

Bədii gimnastika üzrə Avropa kubokunda iştirak edəcək komandaların Bakıya gəlişi davam edir.

İdman.biz xəbər verir ki, bu gündən etibarən idmançılar rəsmi podium məşqləri edəcək, sabah isə ilk yarış günü olacaq.

Avropa kuboku seriyasının ikinci mərhələsində 25 ölkədən idmançılar mübarizə aparacaq.

Böyüklərin fərdi yarışında Azərbaycanı Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələrin mübarizəsində isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva və Fidan Qurbanlı təmsil edəcəklər.

Komandamız qrup yarışlarında da çıxış edəcək. Böyüklər komandasına Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova daxildir.

Yeniyetmələr qrupu isə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət olacaq.

İdman.biz