Azərbaycan Gimnastika Federasiyası kişilər arasında idman gimnastikası üzrə 30-cu Bakı və ölkə çempionatlarının, eləcə də qadın idman gimnastikası üzrə 9-cu paytaxt və respublika çempionatlarının təqvimini təqdim edib.
İdman.biz xəbər verir ki, yarış fevralın 28-dən martın 1-ə kimi Milli Gimnastika Arenasında keçiriləcək.
Burada müxtəlif yaş kateqoriyaları üzrə idmançılar iştirak edəcəklər: lap balacalar (2018–2017-ci illər təvəllüdlülər), kiçiklər (2016–2015), uşaqlar (2014–2013), yeniyetmələr (2012–2011), gənclər (2010–2009–2008) və böyüklər (2007 və yuxarı).
İdman.biz