Azərbaycan yığması Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında növbəti uğura imza atıb.
İdman.biz-in məlumatına görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) qızıl medal qazanıb.
Azərbaycanlı üçlük balans hərəkətlərində bütün rəqiblərini qabaqlayıb. Bu, qrupun Avropa çempionatında qazandığı üçüncü medal olub. Bundan əvvəl Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu çoxnövçülük proqramında və balans hərəkətlərində gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan gimnastları Avropa çempionatında 7 medal qazanıblar. Ağasif Rəhimov-Raziyə Seyidli temp və çoxnövçülük proqramı, Daniel Abbasov-Murad Rəfiyev isə balans hərəkətləri və çoxnövçülük proqramında Avropa çempionu olublar.
İdman.biz