Akrobatika gimnastları finalda mübarizə aparacaqlar

Xəbərlər
20 Oktyabr 2023 18:55
132
Akrobatika gimnastları finalda mübarizə aparacaqlar

Akrobatika gimnastikası üzrə Avropa çempionatının üçüncü günü Azərbaycan komandası üçün uğurlu olub.

İdman.biz saytı xəbər verir ki, Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə yığma üzvləri finala vəsiqə qazanıblar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) balans hərəkətlərində təsnifat mərhələsində inamlı çıxış edərək, medallar uğrunda yarışmaq hüququ əldə edib.

Qeyd edək ki, yığmamız ilk iki gündə iki qızıl, bir gümüş medal qazanıb.

İdman.biz