Azərbaycan gimnastı “turnirin kraliçası" seçilib - FOTO

Xəbərlər
21 Avqust 2024 13:36
1 903
Azərbaycan gimnastı “turnirin kraliçası" seçilib - FOTO

Qazaxıstanda bədii gimnastika üzrə "Alma Cup" adlı beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışda 2 qızıl və 1 gümüş medal qazanıblar.

Bundan başqa, təmsilçilərimiz 1 nominasiya üzrə qalib olublar. Böyüklərin yarışında Zəhra Cəfərova çoxnövçülükdə çempion olub. Gənclərin mübarizəsində çoxnövçülükdə Sofiya Məmmədova 1-ci, Ayan Sadıqova 2-ci yeri tutub. Sofiya həm də "Turnirin kraliçası" nominasiyası üzrə qalib adına layiq görülüb.

Qeyd edək ki, yarış Almatı şəhərində baş tutub.

İdman.biz