Tofiq Əliyev: “Gələcəkdə Avropa çempionatının gümüş medalını qızıla dəyişməyə çalışacam”

Xəbərlər
9 Aprel 2024 09:53
450
Tofiq Əliyev: “Gələcəkdə Avropa çempionatının gümüş medalını qızıla dəyişməyə çalışacam”

“Gümüş medal mənim Avropa çempionatında ilk fərdi medalım oldu”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan gimnastı Tofiq Əliyev deyib.

Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında fərqlənən idmançı komanda yarışlarındakı qələbədən sonra fərdi olaraq ikinci yeri tutub. O bildirib ki, birinci yeri tutmağa köklənibmiş: “Mənim kombinasiyam qızıl medal gətirə bilərdi. Hələ də özümü məğlub hiss edirəm və gələcəkdə mütləq çempionluq mübarizəsinə qoşulacam”.

O, 4-cü yerlə kifayətlənən komanda yoldaşı Mixail Malkinə də dəstək olub: “Mixailin səviyyəsi hamıya bəllidir. O, ikiqat dünya çempionudur. Hamı onun nəyə qadir olduğunu bilir. O, bizi mütləq yenə sevindirəcək”.

Əliyev komanda yarışlarındakı qızıl medala da toxunub: “Mübarizə çox gərgin keçirdi. Böyük Britaniya, Danimarka, Portuqaliya kimi rəqiblərimiz var idi. Amma biz dünyanın ən yaxşı komandası adını Avropa çempionu olmaqla da sübut etdik”.

İdman.biz