Avropa Liqası: "Sabah"a son dəqiqə ŞOKU - YENİLƏNİB/FOTO/VİDEO

Xəbərlər
10 İyul 2025 21:56
233
Avropa Liqası: "Sabah"a son dəqiqə ŞOKU - YENİLƏNİB/FOTO/VİDEO

Bu gün avrokuboklarda Azərbaycan klubları 2025/2026 mövsümünə start verəcək.

İdman.biz xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq mübarizəyə "Sabah" qoşulub.

Azərbaycan kubokunun qalibi UEFA Avropa Liqasında debüt matçına çıxıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Sloveniya “Selye”sini sınağa çəkib. Oyuna yaxşı başlayan "bayquşlar" iki dəfə hesabda önə keçsələr də qələbə hesabını qoruya bilməyiblər. Bərabərliyi bərpa edən qonaqlar 90+3-cü dəqiqədə qələbə topunu da vurublar.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. "Sabah" - "Selye" - 2:3
Qollar:
Pavol Safranko, 3; 18 (p.) - Franko Kovaçeviç, 8; 48. Darko Hrka, 90+3
Baş hakim: Daniyar Saxi (Qazaxıstan)

"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 13. İvan Lepinitsa, 6. Abdullah Xaybullayev, 10. Anatoli Nuriyev, 88. Xəyal Əliyev, 20. Coy-Lens Mikels, 18. Pavol Safranko (k)
Baş məşqçi: Valdas Dambrauskas
"Selye": 21. Simon Sluqa, 23. Jan Karniçnik (k), 6. Artemiyus Tutişkinas, 3. Damyan Vuklişeviç, 2. Xuanxo Nyeto, 8. Mario Kvesiç, 19. Mark Zabukovnik, 11. Milot Avdili, 10. Daniel Şturm, 20. Nikita İosifov, 9. Franko Kovaçeviç
Baş məşqçi: Albert Riera
Bakı, "Bank Respublika Arena"

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də keçiriləcək.

İdman.biz