Dünya çempionumuz: “Şahruddinin oyunlarını daim izləyirdim” - VİDEO

Müsahibə
1 Aprel 2024 18:56
176
Dünya çempionumuz: “Şahruddinin oyunlarını daim izləyirdim” - VİDEO

"Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin oyunlarını daim izləyirdim".

Bunu “İdman Bizdə”nin qonağı olan tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin deyib.

Futboldakı hakim ədalətsizliyindən danışan idmançı bildirib ki, tamblinqdə çox nadir hallarda belə hallar yaşanır: "Qarabağ" futbol komandasının oyunlarını izləyirəm. Təəssüf ki, “Bayer”lə matçda qırmızı vərəqə qalib olmağımıza bu dəfə imkan vermədi. Tamblinqdə belə mübahisəli vəziyyət az olur. Burada hərəkəti necə etdinsə, onun da xalını verirlər. Çox nadir hallarda hakim ədalətsizliyi ola bilər. Karyeramda bəzən olub ki, hansısa bir hərəkət üçün az bal versinlər. Ancaq bu da ümumi nəticəyə ciddi təsir göstərməyib".

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 finalında “Bayer”ə məğlub olub.

Aytac Sahəd
İdman.biz