Dünya çempionatının püşkü atılıb - Azərbaycan qrupu Braziliyadan sonra çıxış edəcək

Xəbərlər
28 İyun 2025 13:33
43
Dünya çempionatının püşkü atılıb - Azərbaycan qrupu Braziliyadan sonra çıxış edəcək

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Lozannadakı mənzil-qərargahında Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının püşkü atılıb.

İdman.biz xəbər verir ki, Azərbaycan mövsümün əsas turnirində fərdi yarışda bir gimnast, qrup hərəkətlərində isə komanda ilə təmsil olunacaq.

Qrup çoxnövçülükdə doqquzuncu - Braziliyadan dərhal sonra çıxış edəcək.

Fərdi yarışda isə adı hələ müəyyənləşməmiş təmsilçimiz öz qrupunda ilk olaraq halqa ilə dördüncü çıxış edəcək.

Qeyd edək ki, avqustun 20-24-də keçiriləcək dünya çempionatında iştirak üçün 76 ölkə qeydiyyatdan keçib. Rioda ümumilikdə 320 gimnast, o cümlədən 36 qrup komandası çıxış edəcək.

İdman.biz