Azərbaycan akrobatları Dünya kubokunda dörd finalda

28 İyun 2025 14:52
271
Azərbaycan akrobatları Dünya kubokunda dörd finalda

Azərbaycanın akrobatika komandası Polşanın Rjeşov şəhərində keçirilən Dünya kubokunda çıxış edir.

İdman.biz xəbər verir ki, təsnifat mərhələsindən sonra bütün idmançılarımız finala yüksəliblər.

Milan Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.

İdman.biz