"Tamblinq çox riskli idman növüdür. Gərək koordinasiyan olsun, göydə beynin yaxşı işləsin".
Bunu “İdman Bizdə”nin qonağı olan tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin deyib.
28 yaşlı gimnast bildirib ki, müxtəlif dövrlərdə zədələr alsa da, sağalan kimi məşqlərə başlayıb. Onun sözlərinə görə, cəldliklə bərabər psixoloji hazırlıq da bu idman növündə önəmli faktordur: "Dünya kuboku oyunlarında ayağım cırılmışdı. Özümə söz vermişdim ki, ayağıma nəsə olsa, məşqə davam etməyəcəm. Ancaq qızıl medalım olmadığı üçün yenidən məşqlərə qayıtdım. Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam".
Qeyd edək ki, Malkin 2023-cü ildə Birmingemdə şəxsi və komanda yarışında dünya çempionu titulunu qazanıb.
Aytac Sahəd
İdman.biz