Mixail Malkin: “Gəl, risk edək” dedim"

Xəbərlər
25 Fevral 2024 15:46
1 244
Mixail Malkin: “Gəl, risk edək” dedim"

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya kubokunda qızıl medal qazanıb.

İkiqat dünya çempionu İdman.bizə qələbə təəssüratlatını bölüşüb.

- Final nə dərəcədə çətin alındı?
- Gün heç də arzolunan kimi başlamamışdı. Sanki bir az yuxulu idim. Hətta finalın bir az gec başlayacağını və vaxtım olduğunu düşünürdüm (gülür). İlk finalda öz hərkətlərimi çətin kombinasiyalı etmək istəsəm də, bəzi səbəblərdən uğursuz alındı. Amma bu mənə dördlüyə düşməyə və qələbə uğrunda yarışmağa imkan verdi.

- Bəs, həlledici anda plan necə idi, hansı kombinasiyanı həyata keçirmək istəyirdin?
- Dünya çempionatında mənə qələbə qazandıran elementləri tətbiq etmək istədim. Bu çox çətin hərəkətlərdi və onu yaxşı yerinə yetirməlisən. İki ayyarım bundan istifadə etməmişdim. Buna görə də, baş məşqçi Adil Hüseynzdə əvvəlcə mənə bu elementləri etməyi məsləhət görmədi. Lakin bir neçə dəqiqədən sonra ona yaxınlaşıb, “Gəl, risk edək” dedim. Bir neçə saniyə düşünüb cavab verdi: “Yaxşı Mişa, et!”

- Bu qərarı vermək psixoloji cəhətdən çətin idi?
- Həyəcan hiss olunurdu. Bu kombinasiyada bütün çətinliklərin təhlükəsini bilirəm, amma artıq qərar vermişdim. Bu məşq deyil ki, fikrini dəyişdin və etdin. Həlledici anda bacardıqlarını nümayiş etdirmək heç də asan deyil. Sürət yığarkən komanda yoldaşım Adil Hacızadənin dəstəyini eşidirdim. Hər şey uğurlu alındı.

- İki Azərbaycan idmançısı fəxri kürsüdə yer aldı...
- Hələ təsnifat mərhələsində belə planımız olduğunu demişdim. Biz qızıl və gümüş qazanmağı qarşıya məqsəd qoymuşduq. İndi Portuqaliyada keçiriləcək Avropa çempionatında komanda şəklində qızıl qazanmağı hədəfləmişik. Əlbəttə, fərdi yarışlarda da ən yüksək nəticəyə imza atamağa çalışacağıq.

-Yaxın gələcəklə bağlı hansı planlar var?
- İdman formamızı qorumaq üçün məşqlərə davam edəcəyik. Öz kombinasiyaları yaxşılaşdırmaq, hər şeyi 10/10 etmək istəyirik. Avropa və dünya çempionatlarına tam hazır olmalıyıq.

Zəki Feyzullayev
İdman.biz