Malkin “İlin gimnastı”, Hüseynzadə “İlin məşqçisi” seçilib

Xəbərlər
13 Fevral 2024 15:38
385
Malkin “İlin gimnastı”, Hüseynzadə “İlin məşqçisi” seçilib

Azərbaycan idmançısı Mixail Malkin Avropada “İlin gimnastı” seçilib.

İdman.biz xəbər verir ki, tamblinq üzrə ikiqat dünya çempionu Avropa Gimnastikasının beş fərqli nominasiyada keçirdiyi səsvermənin qalibi olub.

Təmsilçimiz 52 faiz səslə bütün rəqiblərini qabaqlayıb. Portuqaliyalı batut gimnastı Qabriel Albukerke ondan 7 faiz geri qalıb.

“İlin məşqçisi” nominasiyasında da tamblinq üzrə Azərbaycan yığmamızın çalışdırıcısı qalib olub. Adil Hüseynzadə səslərin 46 faizini toplayıb.

İdman.biz