Gimnastlarımızdan Özbəkistanda 1 qızıl və 1 gümüş medal

Xəbərlər
16 Dekabr 2023 12:47
174
Gimnastlarımızdan Özbəkistanda 1 qızıl və 1 gümüş medal

Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə beynəlxalq turnir keçirilir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan yığması artıq 2 medalı rəsmiləşdirib.

Sinxron proqramda gimnastlarımızdan Ayan Şabanova və Samirə Hüseynova qızıl, Fərhad Mustafayev və Ömər Qasımlı isə gümüş mükafat qazanıblar.

Qeyd edək ki, turnir bu gün yekunlaşacaq.

İdman.biz