“Nebesnaya Gratsiya” akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək üçün Şəkiyə gəlib

Xəbərlər
5 Oktyabr 2025 18:42
30
“Nebesnaya Gratsiya” akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək üçün Şəkiyə gəlib

Olimpiya çempionu Alina Kabayeva tərəfindən yaradılmış “Nebesnaya Gratsiya” bədii gimnastika akademiyasının komandası III MDB Oyunlarında iştirak etmək məqsədilə Şəki şəhərindəki Olimpiya İdman Kompleksinə gəlib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq “Nebesnaya Gratsiya” Assosiasiyasının icraçı direktoru Yelena Yerxa bildirib.

Onun sözlərinə görə, gimnastlar kompleksinin arenasında məşqlərə başlayıblar.

Komandanın tərkibində akademiyanın fəaliyyət göstərdiyi müxtəlif ölkələri təmsil edən gimnastlar yer alır.

Onların MDB Oyunlarındakı iştirakı bədii gimnastikanın inkişafında beynəlxalq əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha göstərir.

Qeyd edək ki, III MDB Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlar artıq sabah – oktyabrın 6-da Şəki Olimpiya İdman Kompleksinin arenasında start götürəcək.

İdman.biz