Futzal üzrə Yüksək Liqada yeni mövsüm start götürüb

Xəbərlər
18 Sentyabr 2025 19:30
27
Futzal üzrə Yüksək Liqada yeni mövsüm start götürüb

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2025/2026 mövsümünə start verilib.

İdman.biz xəbər verir ki, ilk turun hər üç qarşılaşması bu gün olub.

Ötənilki gümüş mükafatçı "Baku Fire" son çempion "Araz-Naxçıvan"ın oyunu 2:2 hesabı ilə bitib.

Bürünc mükafatçı "Neftçi" isə "Lənkəran"ı darmadağın edib - 13:1.

Və nəhayət "Şuşa" U-19-a 8:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ikinci turun qarşılaşmaları sentyabrın 25-də olacaq.

İdman.biz