Çempionlar Liqasının (ÇL) ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Azərbaycan Futzal Federasiyasından İdman.biz-ə verilən məlumata görə, siyahıda 2-si qapıçı olmaqla, ümumilikdə 14 futzalçı yer alıb.
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli
Oyunçular: 7. Xəzər Ağalızadə, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 98. Karlos Bertuola, 10. Perruzo, 49. Giovanny, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 9. Alleks Rezende, 15. Aleks Teyxeyra.
Qeyd edək ki, "Araz-Naxçıvan” ÇL-in ilkin təsnifat mərhələsində Sparta Belfast (Şimali İrlandiya), PYF Saltires (Şotlandiya) və Ljuti Krajişniçi (Avstriya) komandaları ilə qarşılaşacaq. Oyunlar avqustun 27-30 tarixlərində keçiriləcək.
İdman.biz