Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Hakimə fiziki təzyiq göstərən oyunçu ilə bağlı QƏRAR - İdman və Biz

Hakimə fiziki təzyiq göstərən oyunçu ilə bağlı QƏRAR

Xəbərlər
23 Yanvar 2025 13:56
190
Hakimə fiziki təzyiq göstərən oyunçu ilə bağlı QƏRAR

Futzal üzrə Azərbaycan kubokunda yaşanan qalmaqala hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi “Neftçi” İK İB – “Star Karqo” oyununda baş verənləri müzakirə edib.

“Star Karqo”nun oyunçusu Qərib İbrahimov matçın 17-ci dəqiqəsində təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə alıb. O, cəzalandıqdan sonra hakimə qarşı fiziki təzyiq göstərib. AFFA futzalçını 5 oyunluq cəzalandırıb.

İdman.biz

Məqalədə: