Vitali Borisovun narazı qaldığı məqam nə olub?

Xəbərlər
16 Aprel 2024 23:06
Vitali Borisovun narazı qaldığı məqam nə olub?

“Bu gün komanda olaraq daha yaxşı oynadıq. Rəqibə daha az real qol şansı verdik”.

İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.

Gənc mütəxəssis Gürcüstan komandası ilə keçirilən ikin yoxlama oyununu şərh edib. Borisov narazı qaldığı məqamları dilə gətirib: “Əksinə, birinci oyunla müqayisədə fərqlənmək üçün bu dəfə daha çox epizodumuz oldu. Narazı qaldığım məqam odur ki, yenə qolları standart vəziyyətlərin icrasından sonra buraxdıq. Bunun üzərində çox işləməli, daha çox oyun keçirməliyik. Oyunun gedişində U-19-dan dəvət etdiyimiz İlham Alıyevə də debüt etmək şansı yaratdıq. Onun da ümidləri doğrultduğunu, komandamıza kömək etdiyini deyə bilərəm. Görüləsi işlər çoxdur və zaman lazımdır”.

Qeyd edək ki, Azərbaycan yığması Gürcstanla keçirdiyi ikinci matçı 1:2 hesabı ilə uduzub. Millimiz ilk görüşdə də məğlub olub (2:3)

İdman.biz