Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

Xəbərlər
4 Dekabr 2025 17:40
33
Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turun iki matçı keçirilib.

İdman.Biz xəbər verir ki, turun mərkəzi görüşündə "Neftçi" İK "Baku Fire"ni 8:4 hesabı ilə məğlub edib.

Digər görüşdə "Şuşa" "Lənkəran" üzərində qələbə qazanıb - 12:5.

Hər iki qarşılaşma "Olimpik Star"da baş tutub.

Qeyd edək ki, turun "Araz-Naxçıvan" – U-19 görüşü Naxçıvan təmsilçisinin UEFA Çempionlar Liqası matçında iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

İdman.Biz