Azərbaycanlı futzal hakimi ilk dəfə final mərhələsində

Xəbərlər
10 Noyabr 2025 15:11
60
Azərbaycanlı futzal hakimi ilk dəfə final mərhələsində

Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatı - 2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.

Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

İdman.Biz