Azərbaycan futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistana məğlub olub - YENİLƏNİB

6 Noyabr 2025 19:04
211
Azərbaycan futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistana məğlub olub - YENİLƏNİB

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı ikinci matçında məğlub olub.

İdman.Biz-in məlumatına görə, yığma A qrupunun növbəti qarşılaşmasında Özbəkistan ilə üz-üzə gəlib.

Görüş yığmamızın 2:13 hesablı məğlubiyyəti ilə bitib.

Qeyd edək ki, komanda ilk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edib.

10:42

Azərbaycan futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla qarşılaşacaq.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

İlk görüşdə Liviya millisini 5:4 hesabı ilə məğlub edən, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda bu gün Bakı vaxtı ilə saat 17:00-da növbəti oyununa çıxacaq.

İdman.Biz