VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb - YENİLƏNİB + FOTO

Xəbərlər
4 Noyabr 2025 16:00
144
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb - YENİLƏNİB + FOTO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.

İdman.Biz xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma İran seçməsi ilə üz-üzə gəlib.

Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksindəki qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 3:0 (25:11, 25:16, 26:24)

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 6-da Tacikistan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.

09:09

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün yarışlara start verirlər.

İdman.Biz xəbər verir ki, qadınlardan ibarət voleybol yığmamız ilk oyunda İran komandası ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.

Futzal millimiz isə A qrupunda Liviya ilə qarşılaşacaq. Bu oyun Şahzadə Feysəl ibn Fərhan Olimpiya Kompleksində, Bakı vaxtı ilə 17:00-da start götürəcək.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.

İdman.Biz