Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642

Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Futzal üzrə millimizin baş məşqçisi: “Gələcək üçün lazım olan detallar üzərində işlədik” - İdman və Biz

Futzal üzrə millimizin baş məşqçisi: “Gələcək üçün lazım olan detallar üzərində işlədik”

Xəbərlər
18 Oktyabr 2025 19:48
37
Futzal üzrə millimizin baş məşqçisi: “Gələcək üçün lazım olan detallar üzərində işlədik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç “Araz-Naxçıvan”a qarşı göstərilən oyundan razı qalıb.

İdman.Biz xəbər verir ki, o, bunu Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Baş məşqçi bəzi detallar üzərində işlədiklərini bildirib:

“Vaxtımız çox az idi. Cəmi 3 gün təlim-məşq toplanışı keçirə bildik. Bu müddət ərzində iki məşqimiz və bir yoxlama oyunumuz oldu. Çalışdıq ki, müəyyən detallar - müdafiə olunmaq, ara məsafəsini azaltmaq, ayaqla ötürmələr və s. üzərində işləyək. Yaxşılaşdırmaq istədiyimiz elementlər var idi ki, onlara vaxt ayırdıq. Yoxlama oyununa gəldikdə, milli birinci hissədə yaxşı oynadı. Mübarizə apardı, verilən tapşırıqları icra etməyə çalışdı. Göstərdiyi oyuna görə komandadan razı qaldım. İkinci hissədə bir qədər güc tükəndi. Həm də gənclərə daha çox sanş verdik. Nəticə yaxşı olmasa da, toplanışın və oyunun xeyrimizə olduğunu qeyd edə bilərəm. Çünki gələcək üçün lazım olan detallar üzərində işlədik”.

Baş məşqçi heyətin geniş olduğunu vurğulayıb:

“Bu toplanışda müəyyən səbəblərdən bizimlə olmayanlar var idi. Nurlan Məmmədov zədəli idi, Tofiq Əliyev də növbəti toplanışda bizə qoşulacaq. Heyətimiz genişdir və seçim edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün baş tutan yoxlama matçında Naxçıvan təmsilçisinə 2:6 hesabı ilə məğlub olub.

İdman.Biz