“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər bəlli oldu

Xəbərlər
13 Oktyabr 2025 12:15
44
“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı VII qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

İdman.Biz Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlarda FIFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

UEFA Çempionlar Liqası
VII qrup
29 oktyabr

22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)

Sala Sporturilor Dunarea.

30 oktyabr

19:00. “Araz-Naxçıvan” – “Differdanje 03” (Lüksemburq)

Sala Sporturilor Dunarea.

1 noyabr

18:00. “Tigers Roermond” (Niderland) – “Araz-Naxçıvan”

Sala Sporturilor Dunarea.

İdman.Biz