Azərbaycanın futzal millisi yoxlama oyununda “Araz-Naxçıvan”a məğlub olub.
İdman.Biz Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə üz-üzə gəlib.
Görüş Naxçıvan komandasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.