İran qadın futzal millisini İslam Həmrəyliyi Oyunlarına göndərməyəcək

Xəbərlər
11 Oktyabr 2025 13:36
184
İran qadın futzal millisini İslam Həmrəyliyi Oyunlarına göndərməyəcək

İran futzal üzrə qadın millisini İslam ölkələrinin Səudiyyə Ərəbistanında keçiriləcək yarışlarına göndərməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə İranın ISNA dövlət agentliyinə İslam Həmrəyliyi Oyunlarında İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Tabeh məlumat verib.

O vurğulayıb ki, yarışda iştirak edən komandaların kvorum toplaya bilməməsi səbəbindən ölkənin qadın futzal millisinin yarışlara göndərilməsindən imtina olunub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək.

İdman.Biz