Yüksək Liqa: “Neftçi” vahid liderliyə yüksəlib

Xəbərlər
14 Oktyabr 2025 22:12
37
Yüksək Liqa: “Neftçi” vahid liderliyə yüksəlib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun matçları olub.

İdman.Biz xəbər verir ki, oyunlar “Olimpik Star”da keçirilib.

Çempionatın favoritlərinin – “Araz-Naxçıvan” ilə “Neftçi İK”nin duelində paytaxt təmsilçisi qələbə qazanıb - 5:4. Qələbə qazanan “Neftçi” vahid lider olub.

Digər iki oyunda U-19 “Lənkəran”ı 6:5, “Baku Fire” isə “Şuşa”nı 4:2 hesabı ilə məğlub edib.

Xal durumu: “Neftçi İK” – 13, “Baku Fire” – 11, “Araz-Naxçıvan” – 10, “Şuşa” – 6, U-19 – 3, “Lənkəran” – 0.

İdman.Biz