"Formul-2": Əsas yarışın qalibi müəyyənləşdi - FOTO/YENİLƏNİB

Xəbərlər
21 Sentyabr 2025 12:12
76
"Formul-2": Əsas yarışın qalibi müəyyənləşdi - FOTO/YENİLƏNİB

Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" kateqoriyasında baş tutan əsas yarışın qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, birinci yeri "DAMS Lukas Oil" komandasının pilotu Cek Krouford tutub.

Onun ardınca finişə "AIX Racing" komandasının üzvü Coşua Durksen çatıb. Üçüncü isə "Hitex TGR" komandasının pilotu Dino Beganovic olub.

11:33

"Formula-2" kateqoriyasında əsas yarışda daha bir pilot mübarizəni erkən dayandırıb.

İdman.biz xəbər verir ki, söhbət "Hitech TGR" komandasının üzvü Lyuk Brauningdən gedir.

O, bolidində nasazlıq yarandığından yarışı dayandırmalı olub.

11:20

"Formula-2" kateqoriyasında əsas yarışda qəza baş verib.

İdman.biz xəbər verir ki, yarışın debütantı "Trident" komandasının pilotu Martın Stenşorn birinci döngəyə daxil ola bilməyib və bolidi maneəyə çırpıb.

Beləliklə, onun üçün bu yarış erkən bitib.

11:05

Bu gün "Formula - 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

İdman.biz xəbər verir ki, saat 11:00-da start götürən yarışda gənc pilotlar mübarizə aparırlar.

Sıralama turunda ən yaxşı nəticəni "Dams Lukas Oil"dən Cek Krouford göstərib.

Qey edək ki, hazırda turnir cədvəlinə "Invicta racing" komandasının üzvü Leonardo Fornaroli (178 xal) başçılıq edir. Onu 17 xal geridən "Hitech TGR" komandasının pilotu Lyuk Brauning təqib edir. Aktivində 147 xalı olan Riçard Fershor (MP Motorsport) isə üçüncü yerdə qərarlaşıb.

İdman.biz