"Haas" komandasının sürücüsü Esteban Okon Azərbaycan Qran-prisində sıralama turundan sonra diskvalifikasiya ilə üzləşə bilər.
İdman.biz bildirir ki, Fransız pilotun avtomobili sessiyanın sonunda yoxlamadan keçə bilməyib.
FIA-nın məlumatına görə, Okonun bolidinin arxa qanadı əyilmə testindən keçə bilməyib və onun çox çevik olduğu müəyyən edilib.
Okon sıralanma turunu yalnız "Alpin"dən Pyer Qaslini və "Uilyams"dan Aleks Albonu qabaqlayaraq 18-ci yerdə başa vurub.
Xatırladaq ki, dördqat dünya çempionu, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen Bakıda poul-pozisiyaya yiyələnib. O, sabahkı yarışda ön sıraya "Uilyams" komandasının üzvü Karlos Sayns ilə qoşulacaq.
İdman.biz