"Formula-1": "Ferrari" və "Mercedes" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

Xəbərlər
20 Sentyabr 2025 16:11
40
"Formula-1": "Ferrari" və "Mercedes" pilotları Bakıda azarkeşlərlə görüşüblər - FOTO

"Formula-1" üzrə dünya çempionatında çıxış edən "Haas", "Mercedes", "Ferrari" və "Alpin" komandasının pilotları Bakıda azarkeşlərlə görüşüblər.

İdman.biz "Report"a istinadən xəbər verir ki, "Fan Forum" Dənizkənarı Bulvarda baş tutub.

Fanatlar pilotlara suallar ünvanlayıblar. Onlardan avtoqraflar alınıb və xatirə şəkilləri ilə yarış həftəsinin həyəcanını əbədiləşdiriblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz