"Formula-2"də sprint yarışının qalibi bəlli oldu - YENİLƏNİB

Xəbərlər
20 Sentyabr 2025 15:06
102
"Formula-2"də sprint yarışının qalibi bəlli oldu - YENİLƏNİB

Bakı keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.

Ötən gün "Formula-2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

15:03

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında beş pilot mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, bu dəfə "Campos Racing"dən Xosep Maria Marti, "DAMS Lucas Oil"dən Kuş Maini və "Trident"dən Martinius Stenşorn uğursuzluqla üzləşib.

Daha əvvəl "MP Motorsport" komandasından Oliver Goethe, "Van Amersfoort Racing"dən Rafael Villaqomez mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

14:31

Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində qəzalar olub.

İdman.biz xəbər verir ki, bəzi pilotlar sprint yarışının startında uğursuzluqla üzləşiblər.

"MP Motorsport" komandasından Oliver Goethe, "Van Amersfoort Racing"dən Rafael Villaqomez mübarizəni dayandırıb.

14:16

Bakı keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

İdman.biz xəbər verir ki, yarışa saat 14:15-də start verilib.

Ötən gün "Formula-2"nin sərbəst yürüşündə "Rodin Motorsport" komandasından Aleks Dann, sıralama turunda isə "Dams Lukas Oil"dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

10:24

Bu gün Bakının ev sahibliyi etdiyi Azərbaycan Qran-prisinin ikinci günündə "Formula-2" üzrə sprint yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə "Formula-2"də sərbəst yürüş və sıralama mərhələsi keçirilib. Həmin yarışlarda Aleks Dunne (“Rodin”) və Cek Krauford (“DAMS”) qələbə qazanıblar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz