“Mercedes” pilotu Bakıda mətbuat konfransını buraxacaq

Xəbərlər
18 Sentyabr 2025 13:27
25
“Mercedes” pilotu Bakıda mətbuat konfransını buraxacaq

“Mercedes” pilotu, britaniyalı Corc Rassell Formula-1 Azərbaycan Qran-prisinin startı öncəsi keçiriləcək mətbuat konfransında iştirak etməyəcək.

İdman.biz xəbər verirki, Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Buna səbəb onun səhhətində yaranmış problemlərdir. Lakin pilotun sağlamlığı ilə bağlı detallar açıqlanmayıb.

Bildirilib ki, Corc özünü yaxşı hiss etmir və bu gün trasda görünməyəcək. O, sabahkı yürüşlərə hazır olmaq üçün istirahət edir.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-prisi sentyabrın 19-da start götürəcək.

19 sentyabr

12:30 - Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşü
16:00 - Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü

20 sentyabr

12:30 — Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü
16:00 — Azərbaycan Qran-prisinin təsnifat mərhələsi

21 sentyabr

15:00 — Azərbaycan Qran-prisinin yarışı.

İdman.biz