Azərbaycan Qran-prisinə yeni stüard təyin olunub

Xəbərlər
18 Sentyabr 2025 00:39
117
Azərbaycan Qran-prisinə yeni stüard təyin olunub

Keçmiş "Formula-1", "ChampCar", "IndyCar", WEC və "FIA GT" pilotu Enrike Bernoldi Azərbaycan Qran-prisində üçüncü stüard vəzifəsinə dəvət olunub.

İdman.biz-in məlumatına görə, onunla birlikdə münsiflər heyətində FIA Dünya Şurasının üzvü Harri Konelli və "Formula-1" və "Formula-3" stüardı Loik Baklen də olacaqlar.

2025-ci ildə Bernoldi (Avstraliya, Səudiyyə Ərəbistanı, Kanada), Pedro Lami (Çin, Yaponiya, Hollandiya), Vitantonio Liuzzi (Bəhreyn, İmola, Monako, Barselona, ​​Silverstoun, Spa) və Derek Uorvik (Mayami, Avstriya, Macarıstan, İtaliya) artıq dəvət olunmuş stüard kimi fəaliyyət göstəriblər.

İdman.biz